Sosial 

Bu günə qədər keçirilən imtahanlarda yoluxma halı qeydə alınıb? – AÇIQLAMA

“Bu günə qədər keçirilən imtahanlarda yoluxma halı qeydə alınmayıb”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib.

O bildirib ki, 105 mindən artıq abituriyent və şagird arasında keçirilən imtahanların nəticələri artıq sayta yerləşdirilib:

“Ümumilikdə 124 mindən çox abituriyentin nəticələri elan olunub. İmtahanlar lokal qaydada və karantin qaydaları çərçivəsində keçirildiyi üçün heç bir yoluxma faktı aşkarlanmayıb”.

Daha çox xəbərlər