Region Xəbərləri 

Hikmət Ələkbərli: Ərazi bütövlüyümüzün müdafiəsi naminə erməni qəsbkarları ilə mübarizədə Ali Baş Komandanın yanındayıq

“Son günlər erməni xisləti və erməni xəyanəti özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Ermənistan hərbi birləşmələrinin təmas xəttində müntəzəm olaraq atəşkəsi pozması, iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində təxribatçı hərəkətləri nəticəsində ordumuzun şəhid verməsi hər birimizdə təəssüf hissi yaradıb. Lakin, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində düşmən təxribatının qarşısının alınması və Ermənistanın həmişəki kimi ağır itkilər verərək məğlubiyyətə məruz qalması ölkəmizin etibarlı müdafiəsinin təmin olunmasının göstəricisi olmaqla yanaşı, həm də tezliklə işğal altında olan torpaqlarımızın geri qaytarılacağına parlaq nümunədir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü Hikmət Ələkbərli deyib.
H.Ələkbərli bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən igid Vətən övladlarımızın olduğunu görmək Azərbaycan gənclərini qürurlandıraraq vətənpərvərlik ruhunu daha da gücləndirdi.
“Vətənin müdafiəsini qanunla müəyyən edilən vəzifədən əlavə, özümə mənəvi borc bilərək bir gənc kimi, könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə müraciət etmişəm. Biz Vətənimizin, milli dövlətçiliyimizin, ərazi bütövlüyümüzün müdafiəsi naminə erməni qəsbkarları ilə mübarizədə Ali Baş Komandanın yanındayıq. Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının gənc fəal üzvü olaraq Ali Baş Komandanın əmri ilə düşmənlə üz-üzə dayanıb, rəşadətli bir Azərbaycan əsgəri kimi döyüşməyə hazıram”, – deyə fəal gənc söyləyib.

Daha çox xəbərlər