Moskvada son sutkada koronavirusdan 14 nəfər ölüb
Moskvada son sutka ərzində koronavirusdan 14 nəfər dünyasını dəyişib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Əməliyyat Qərargahı məlumat yayıb.
Bildirilib ki, paytaxtda pandemiya dövründə yeni virusdan ölənlərin sayı 4389 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada ümumilikdə 800 mindən çox yeni virusa yoluxma hadisəsi aşkarlanıb, onlardan 13 046 nəfəri ölüb, 588 min nəfəri sağalıb.

