Hadisə 

Bakıda motosiklet avtomobillə toqquşdu

Bakıda motosiklet “Mercedes-Benz Sprinter” markalı maşınla toqquşub.

ARANTV.AZ -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan motosiklet qarşıdan gələn avtomobilə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü – 30-35 yaşlı kişi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.APA

Daha çox xəbərlər