Ağdamda evdən 5 min manat pul oğurlandı
Ağdam rayonunda evdə oğurluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 24-də Quzanlı qəsəbəsindəki evlərin birindən 5 000 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini B.Məmmədov saxlanılıb.

