Hadisə 

Bakıda yük maşını yeniyetməni vuraraq öldürdü

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, velosipedlə yolu keçmək istəyən 2006-cı il təvəllüdlü Seyidov Elmir Elman oğlunu yük maşını vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır. APA

Daha çox xəbərlər