“Taliban” Qurban bayramı ilə əlaqədar 3 günlük atəşkəs elan edib
“Taliban” radikal qruplaşması çərşənbə axşamı Əfqanıstanda Qurban bayramı günlərində – 31 iyuldan başlayaraq üçgünlük atəşkəs elan edib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə “Taliban” sözçüsü Zabihullah Mujahed bildirib.
Dari və Puştu dillərində yayımlanan müraciətdə “Taliban” bütün üzvlərini bayram günlərində diqqətli olmağa çağırıb. Bildirilib ki, 3 gün ərzində qarşı tərəfin ərazilərinə müdaxiləyə icazə verilmir.

