Peyk görüntülərində Şimali Koreyanın nüvə kompleksində aktivlik müşahidə edildi
Peyk görüntüləri Şimali Koreyanın Yonben nüvə kompleksində uranın zənginləşdirilməsi ilə bağlı olan fəaliyyətlərini davam etdirdiyini göstərib.
Bu barədə “38 North” portalı məlumat yayıb.
Portaldan bildirilib ki, iyulun 8-də çəkilmiş peyk görüntülərində əraziyə yeni gətirilmiş dəmiryolu vaqonları müşahidə olunub. 11-14 iyul tarixlərində isə bölgədə qoşqulu sistern müəyyən edilib.
Yazının müəllifi, həmçinin, kompleksin daxilindəki binalarda yenidənqurma işlərinin aparıldığını vurğulayıb.

