ABŞ-da qalmaqal: 38 polis məmurunun şəxsi məlumatları ictimaiyyətə sızdırıldı
ABŞ-da Men ştatının Portlend şəhərində ekstremistlər polislərin şəxsi məlumatlarını internetdə yerləşdiriblər.
Vesti.ru xəbər verir ki, onlar bununla etirazçıları polislərin evlərinə getməyə cağırıblar.
ABŞ-da soyğunçuluq, vandalizm, polisə və sadə vətəndaşlara hücumların cəzasız qalması qəzəb doğurur.
Etirazçıların polislər üçün təhlükə yaratdığı bildirilir. Onlar evdə əl qumbaraları hazırlayır, etirazlara həmin partlayıcı maddələrlə gəlirlər.
İnternetdə polislərin evlərinin yeri kimi şəxsi məlumatların olması təkcə onların özləri üçün deyil, yaxınları üçün də təhlükəlidir.
Nyu-York, Vaşinqton və Massaçusets ştatlarından olan polis məmurlarının ailələri də risk altındadır.

