Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları qurban bayramı münasibətilə şəhid ailələrinə və eləcə də aztəminatlı ailələrə bayram sovqatları verib-Video
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları qurban bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini və eləcə də aztəminatlı ailələri ziyarət edib, onlara bayram sovqatları verilib.
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, ziyarət zamanı polis əməkdaşları bayram münasibəti ilə bütün ailələri təbrik edib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan sakinlər göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər. Həmçinin polis əməkdaşları koronavirus pandemiyasının yarada biləcəyi təhlükələr barədə də hər bir vətəndaşla ayrıca maarifləndirici səpkidə söhbətlər aparıb, öz sağlamlıqlarına biganə qalmamağı tövsiyə ediblər.

