Rusiyada daha bir infeksiya bəlası – Yaşayış məntəqələri karantinə alındı
Rusiyanın Çelyabinsk vilayətində “quş qripi” infeksiyası aşkar edilib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, infeksiya ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrində karantin tətbiq edilib.
Qeyd olunur ki, mütəxəssislər 1 vəhşi ördək və 4 ev qazında H5N8 virusunun aşkar olunduğunu təsdiq edib.
Hazırda bununla əlaqədar olaraq yaşayış məntəqələrində quşların uçotu aparılır.

