Gündəm 

Nazir: “Hökumət büdcədə çevik maliyyə buferlərinin yaranmasını vacib sayır”

“2020-ci ilin ikinci yarımili üçün iqtisadiyyata təhlükələr var”.

ARANTV.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, bu təhlükələr, əsasən, gəlirlərin azalması ilə bağlıdır.

“Gəlirlər ona görə azalır ki, büdcəyə mədaxil azalır”, – deyə S.Şərifov əlavə edib.

Nazir söyləyib ki, hökumət büdcədə çevik maliyyə buferlərinin yaranmasını vacib sayır.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin isə 27 milyard 492 milyon manat həcmində təsdiqlənməsi təklif olunur.

Xatırladaq ki, bundan əvvəl, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat həcmində təsdiqlənmişdi. Büdcənin xərcləri isə 26 milyard 894 milyon 700 min manat həcmində müəyyən olunmuşdu.Oxu.Az

Daha çox xəbərlər