Gündəm 

Azərbaycan beynəlxalq təşkilatlardan kredit istəyir? – RƏSMİ

“Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan beynəlxalq qurumlardan kredit alınması üçün müraciət etməyib”.

ARANTV.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz maliyyə ehtiyatları hesabına koronavirusla mübarizə aparır.

S.Şərifov bildirib ki, dünyanın bir çox ölkələrində ÜDM-nin həcmi aşağı düşüb.

“Azərbaycanda ÜDM-lə bağlı azalma var, amma vəziyyət o qədər pis deyil”, – deyə S.Şərifov əlavə edib. Oxu.Az

Daha çox xəbərlər