Hadisə 

Fıdnıq oğruları saxlanıldı

Zaqatala rayonu Yuxarı Tala kənd sakini Saleh Soltanov oktyabrın 19-da Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsindən 4 kisə fındığın oğurlandığını bildirmişdir.

ARANTV.AZ xəbər verir ki, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər həmkəndlisi Əhməd Məmmədov və Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş İslam Ömərov olduğu müəyyən edilmişdir. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər və dindirilmə zamanı qabaqcadan əlbir olub, S. Soltanova məxsus evin həyətyanı sahəsinə qanunsuz daxil olmaqla 120 kq fındığı oğurladıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

dia.az

Daha çox xəbərlər