Azərbaycanda cinayət törədən şəxs Rusiyada tutuldu
Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub.
ARANTV.AZ xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılmışdı.
Ç.Qasımov Azərbaycana ekstradisiya olunub.
publika.az

