Hadisə 

Bakıda qadını maşın vurdu

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

ARANTV.AZ xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində baş verib.

1961-ci il təvəllüdlü Əliyeva Sevinc Tanrıverdi qızını avtomobil vurub. Yaralı sınıq xəsarətləri ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt üzrə Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.APA

Daha çox xəbərlər