Sosial 

Komitə sədri: “COVİD-19-a görə testlərin aparılmasında səmərəlilik effekti olmalıdır”

Azərbaycanda COVİD-19-a görə testlərin aparılmasında səmərəlilik effekti olmalıdır.

ARANTV.AZ  bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, bir gün ərzində çox sayda edilən testlərin yalnız bir hissəsinin nəticəsi pozitiv olur:

“Əgər bir gündə 7000 adam yoxlanılırsa, onun 200-150-də nəticə müsbət çıxırsa, demək, 7000 adam tam məqsədyönlü şəkildə yoxlanılmayıb. Buna görə də fikir vermək lazımdır ki, büdcədən əlavə vəsaitlər lüzumsuz yerlərə xərclənməsin”.

Daha çox xəbərlər