Siyasət 

Serbiyadan Azərbaycanın ərazi bütövlüyünə DƏSTƏK – RƏSMİ

“Azərbaycanla Serbiya hökumətlərinin nümayəndələri arasında keçirilən görüşdə bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı dəstək ifadə olundu”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Serbiya Respublikasının Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bütün münaqişələrin BMT-nin prinsipləri əsasında sülh yolu həlli vacibdir.

“Düşünürəm ki, bu, münaqişə ilə üzləşən bütün ölkələr üçün vacibdir”, – deyə N.Stefanoviç əlavə edib.Oxu.Az

Daha çox xəbərlər