Gürcüstanda 5 nəfər yeni yoluxan var
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 283 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7 718 nəfər karantində saxlanılır.
Virusa yoluxanlardan 17 nəfərin isə vəfat etdiyi bildirilir.

