Kişiyə beş bıçaq zərbəsi vuruldu – VİDEO
Rusiyanın Rostov şəhərində bir qrup bıçaqla silahlanan şəxs yoldan keçən kişiyə hücum edərək ona ağır xəsarətlər yetirib.
Bu barədə “VKontakte” sosial şəbəkəsində hadisənin şahidi olmuş şəhər sakinləri məlumat yayıb.
Hücuma məruz qalan kişiyə beş bıçaq zərbəsi vurulub.
Cinayəti törədən şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar.
İnsident yerinə təcili tibbi yardım xidmətinin həkimləri dəvət olunub. Bıçaq yaraları alan kişinin həyatını xilas etmək mümkün olub.

