Sosial 

Operativ Qərargah xaricdən avtomobili ilə qayıtmaq istəyənlərə müraciət etdi

Türkiyədə olan vətəndaşlarımızın avtomobillə geri qayıtması ilə bağlı pandemiyanın ilk başladığı dövrdə daha çox müraciətlər var idi.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, o zaman xüsusi icazələr, avtobuslar təşkil olundu ki, vətəndaşlarımız Türkiyə və oradan Azərbaycana gətirilsin: “Bu gün belə müraciətlər Operativ Qərargahda yoxdur. Əgər avtomobili ilə gəlmək istəyən vətəndaşlar varsa, onlar səfirliklərə və Operativ Qərargaha müraciət edə bilərlər”.

Daha çox xəbərlər