Hadisə 

Bakıda mülki şəxslər küçədə qadını döyüb? – AÇIQLAMA

“Sosial şəbəkələrdə Nizami rayonu Qara Qarayev prospektində mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır”.

ARANTV.AZ-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.

O bildirib ki, hər hansı cinayət xarakterli fakt qeydə alınmayıb.

Xatırladaq ki, sosial şəbəkələrdə dünən axşam saatlarında Nizami rayonu Qara Qarayev prospektində yaşayan qadına qarşı zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılıb.Oxu.Az

Daha çox xəbərlər