Dünya 

Braziliyada bir gündə koronavirusa 50 644 nəfər yoluxub

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 50 644 nəfər yoluxub.

ARANTV.AZ  Trend-ə istinadən bildiri ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 275 520 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 060 nəfər ölüb, ölənlərin ümumi sayı 106 523 nəfər təşkil edir.Qeyd edilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 2 384 302 nəfəri sağalıb.

Daha çox xəbərlər