Sosial 

“İctimai iaşə obyektləri ilə bağlı yumşalmalar toylara şamil edilmir”

İctimai iaşə obyektlərinin açıq havada fəaliyyətinə icazə bayram və toy şənliklərinin keçirilməsini nəzərdə tutmur.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, toylar kütləvi şənliklər kateqoriyasındadır: “Masa arxasında yalnız qida qəbul edərkən maskaların çıxarılmasına icazə verilir: “Digər hallar isə maskasız bir yerə toplaşmamaq, 1,5-2 metr ara məsafəsi saxlanılması kimi digər ümumi qəbul olunmuş qadağaların tərkibində olduğuna görə toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq”.

Bu qaydaların pozulmasına görə, inzibati cərimələr tətbiq olunacaq.

Daha çox xəbərlər