Region Xəbərləri 

Göyçay Mərkəzi xəstəxanasında infeksion xəstəliklərə qarşı profilaktik tədbirlər gücləndirilib

ARANTV.AZ xəbər verir ki, Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində xususi diqqət yetirilən sahələrdən biri  səhiyyədir. Bunun üçün rayon xəstəxanaları da paytaxtdakı kimi müasir tələblər səviyyəsində qurulur, təmir edilir, son texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təchiz olunur. Əsaslı şəkildə təmir olunan Göyçay Rayon Mərkəzi xəstəxanasında hazırda infeksion xəstəliklərə qarşı profilaktik tədbirlər gücləndirilib.

İndi göyçaylıların da sağlamlıqlarının qayğısına qalmağa etibarlı və  müasir şəraitli məkanı var. Burada 102 həkim və 223 tibb işçisi 170 xəstəyə xidmət göstərə bilir. Təbii ki, müayinə və ambulator müalicə alan pasientlər istisna olmaqla….! Söhbət əsaslı təmir olunan Göyçay Mərkəzi Rayon xəstəxanasından gedir. 82 yaşı olan səhiyyə ocağı dövlət başçısının tapşırığı ilə yenidən qurulub. Dəyişən təkcə görkəm deyil, həm də tibbin xidmətin son texnalogiyalara uyğunlaşdırmasıdır. Hazırda mövsümlə əlaqədar olaraq infeksion xəstəliklərə qarşı profilaktik tədbirlər gücləndirilib. Virus əleyhinə peyvəndləmə, müayinə və müalicələr aparılır.

Xəstəxananın müasir reanimasiya və kardioloji avadanlığı və əməliyyatxana üçün səyyar rentgen aparatı əhaliyə yüksək səviyyədə xidmət göstərməyə imkan verir. Burdakı ultrasəs müayinə, süni nəfəs və narkoz, fizioterapiya və tibbi bərpa, stomotologiya və oftolmologiya aparatları dünyanın ən qabaqcıl ölkələrinin istehsalıdır.

Amma xəstəxananın üstünlükləri təkcə yaradılan şəraitlə də məhdudlaşmır. Sözsüz ki, son texnaloji tibbi avadanlıqların istifadəsi ixtisaslı və peşəkar həkimlərə həvalə olunur. Tibbi personalın təcrübələrinin artırılması məqsədilə Rayon Mərkəzi Xəstəxanasından paytaxt və xarici ölkələrdə kurslar təşkil olunur.  

Daha çox xəbərlər