Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri başa çatmaq üzrədir
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri aktiv rejimdə davam edir və yekun mərhələyə yaxınlaşır.
ARANTV.AZ xəbər verir ki, bu barədə Trend-ə layihənin Gürcüstan administrasiyasından bildiriblər.
Məlumata əsasən, hazırda quraşdırılmış siqnalizasiya, mərkəzləşdirmə və bloklama sisteminin sınaqları keçirilir.
Qeyd olunur ki, Gürcüstan sahəsində təhlükəsizlik norma və standartlarına uyğunlaşdırma üzrə tədbirlər görülür: “Biz soyuqların düşməsinədək işləri bitirmək üçün maksumum güclə işləyirik”.
<ins’></ins’>
Qeyd edək ki, dəmiryolunun Gürcüstan sahəsində iritonnajlı konteynerlərin boşaldılması üçün 46 ton yükqaldırma qabiliyyətinə malik kranla təchiz olunmuş mexaniki məntəqə yaradılıb.

