Türkiyədə fabrikdə yanğın olub
Türkiyənin Manisa vilayətində ağac emalı fabrikində yanğın baş verib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, yanğın Alaşehir rayonunda qeydə alınıb.
Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası göndərilib. Yanğının söndürülməsi işləri davam edir.
Yanğının səbəbi məlum deyil.

