Hadisə 

Sumqayıtda fəhlə binadan yıxılaraq öldü

Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin “Stansiya Sumqayıt” yaşayış massivində qeydə alınıb.

Belə ki, ərazidə inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən 1993-cü il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu ehtiyatsızlıqdan yıxılıb.

Ağır bədən xəsarətləri alan S.Hüseynov xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.APA

Daha çox xəbərlər