Siyasət 

“Foreign Policy News”: Kayseride Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb

ARANTV.AZ xəbər verir ki, ABŞ-ın “Foreign Policy News” xəbər portalında Türkiyənin Kayseri şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunan parkın və abidənin açılışından bəhs edən xəbər yerləşdirilib. Açılışda iştirak edən Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevə istinadən bildirilir ki, bu faciəyə ədalətli qiymət verilməsi və onun günahkarlarının cəzalandırılması üçün Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Yazıda vurğulanır ki, Ermənistan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal edib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. Ancaq Ermənistan indiyədək həmin qətnamələrə məhəl qoymur.

 

Daha çox xəbərlər