Son gündə Pakistanda koronavirusa 600-dən çox yoluxma qeydə alınıb
Son gündə Pakistanda COVID-19-a 617 yoluxma qeydə alınıb və viruslu pasiyentlərin sayı 289 min 832 nəfərə çatıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, son sutkada 15 xəstə vəfat edib və ölənlərin sayı 6 min 190 nəfər olub.
Ölkə xəstəxanalarında 13 min 633 virus daşıyıcısı müalicə olunur ki, onlardan da 759-nun vəziyyəti ağırdır.

