Dünya 

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

İndoneziyanın Sumatra adası sahillərində 6,8 bal gücündə zəlzələ olub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Təkanların episentri Cənubi Sumatra əyalətindəki Palembanq şəhərindən 423 kilometr qərbdə, ocağını isə 40 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və itkilər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Daha çox xəbərlər