Bolqarıstanda koronavirusa yoluxanların sayı artmaqda davam edir
Bolqarıstanda sutka ərzində 135 yeni koronavirusa yoluxma qeydə alınıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların sayı 14500-ə çatıb. Ötən müddət ərzində 9442 nəfər sağalıb, 512 nəfər ölüb. Xəstəxanalarda 768 nəfər müalicə alır ki, onlardan da 56-sı reanimasiyaya yerləşdirilib. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalinin sanitar normalara riayət etməyə çağırır.

