Hadisə 

44 yaşlı qadını ilan sancdı

Kürdəmir rayon sakinini ilan sancıb.

ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Qarabucaq kəndində qeydə alınıb.

Belə ki, 44 yaşlı kənd sakini Mehdiyeva Xatirə Rüstəm qızı həyətyanı sahədə işləyərkən onu ilan sancıb.

O, yaxınlarının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər ona ilan zəhəri əleyhinə zərdab vurublar.Report

Daha çox xəbərlər