Hadisə 

Qubada oğurluq edən şəxs tutuldu – FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən dülgər sexindən və avtomobil təmiri sexindən bir ədəd elektrik generatoru, bir ədəd rəndə, bir ədəd mühərrik və digər alət və avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayon regional qrupundan verilən məlumata görə, araşdırmalar nəticəsində onun rayon sakini Əli Məmmədov olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Əli Məmmədovun rayon ərazisində avtomobillərdən oğurluq etdiyi də qeyd olunub. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, cinayət yolu ilə əldə etdiyi alət və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını bildirib.

Oğurlanan alət və avadanlıqların yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Daha çox xəbərlər