Hadisə 

Cəlilabad sakinindən silah götürüldü

Cəlilabad sakinindən silah götürülüb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş S.İsayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan “Steyr” markalı tapança, beş ədəd patron və bir ədəd patron darağı aşkar edilərək götürülüb.

Daha çox xəbərlər