Çərşənbə axşamı, 30 İyn, 2026

Ramiz Mehdiyevin kürəkəni məhkəməyə gətirildi

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni eks-deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb onun avqustun 18-də bağ evində qızı Fidan Əliyeva üçün keçirdiyi toy mərasimi olub.

Karantin qaydalarını pozduqları üçün cəmiyyətdə geniş müzakirələrə səbəb olan toy sahibləri barədə qanuna müvafiq formada ölçü götürüləcək.

Əlavə məlumat verəcəyik.