Xaçmazda ev yandı
Xaçmaz rayonunun Qımılqışlaq kəndində ümumi sahəsi 112 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları 60 kvadrat metr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

