Sosial 

Zoğalın bilmədiyiniz FAYDALARI – Həkim MƏSLƏHƏTİ

Zamanəmizdə insanlar xırda narahatçılıq hiss edən kimi, dərhal aptekə gedib kimyəvi tərkibli dərmanlar almağa tələsirlər, halbuki təbiətdə min bir dərdə dərman olan bitkilər mövcuddur.

Onlardan biri “təbii immunitet” adlanan yabanı zoğaldır.

ARANTV.AZ-ın verdiyi xəbərə görə, həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün “İnstagram” səhifəsində bu dəfə insanları zoğalın faydaları haqqında məlumatlandırıb.

Zoğalın bilmədiyiniz FAYDALARI - Həkim MƏSLƏHƏTİ

O, qədim yunan salnaməçisi və coğrafiyaçısı Strabonun yazdığı çox maraqlı əhvalatı yad edib:

“Məşhur bir loğman soyuq payız günü Qanıx (Alazan) çayının sahilində oturub çayda çimən uşaqlara tamaşa edirmiş. Suya baş vurub çimən uşaqların soyuqlayıb xəstələnəcəyindən narahat olan loğman görür ki, uşaqlar çaydan çıxıb kənardakı zoğal ağacına dırmaşaraq, meyvələri dərib yeməyə başlayırlar. Loğman öz-özünə fikirləşir ki, bu xalq böyük xalqdır: dərdini də bilir, dərmanını da”.

Dr. Eldaroğlu qeyd edib ki, xalq təbabətində soyuqdəyməni aradan götürən vasitə kimi zoğal indiyə kimi istifadə olunur.

“Qədim Qafqaz məsəlinə görə, zoğal bitən yerlərə həkim lazım deyil” deyən fitoterapevt onu da qeyd edib ki, zoğal meyvələri çox gec (2-3 aya) yetişən bitkidir. 300 ilə qədər yaşayaraq meyvə verə bildiyi üçün uzunömürlü ağaclardan sayılır.

Maraqlıdır ki, zoğal ağacları hətta Neolit dövründən bəri mövcuddur.

Həkim vurğulayıb ki, zoğal sinqa xəstəliyi əleyhinə təsirinə görə uzaq məsafələrə üzən dənizçilərin, kosmonavtların qidasına da daxil edilir. Fitonsid və pektinlərlə zəngin olan zoğal meyvələrinin tumlarından isə qəhvə hazırlayanlar var.BiG.AZ

Daha çox xəbərlər