Sosial 

DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

2020-ci il avqustun 27-də Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək istəyən şagirdlər bu gün saat 23:59-dək “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

İmtahana yalnız 2020-ci il yanvarın 9-dan martın 3-dək “Şagirdin elektron ərizəsi”ni təsdiq edən şagirdlər buraxılırlar.

Daha çox xəbərlər