Siyasət 

BMT 73-cü ildönümünü qeyd edir

ARANTV.AZ xəbər verir ki, 24 oktyabr – Birləşmiş Millətlər Təşkilatı Günüdür. Bu il təşkilat 73-cü ildönümünü qeyd edir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında imzalanıb və elə həmin il oktyabrın 24-də qüvvəyə minib. Azərbaycan BMT-nin fəal üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətində özünəməxsus yeri ilə seçilir. Ölkəmiz 1992-ci ildə bu təşkilata üzv olub. 2011-ci ilin məhz bu günündə isə Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçkilərdə bu mötəbər təşkilatın üzvü seçilib. 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək ölkəmizi bu mötəbər təşkilata üzv seçib.

Daha çox xəbərlər