Azərbaycanlıların ən çox səfər etdiyi şəhərlərdən biri yağış suları altında qaldı – VİDEO
Güclü yağışlar Gürcüstanın Batumi şəhərində daşqına səbəb olub.
REN TV xəbər verir ki, magistral yolları su basıb, paytaxt Tbilisiyə gedən yolda bir neçə kilometrlik tıxac yaranıb
Sinoptiklər bildirir ki, Batumiyə yarım illik normadan artıq yağıntı düşüb.
Müvafiq qurumlar güclü yağışın yol açdığı fəsadları aradan qaldırmağa çalışırlar.

