Dünya 

Mixail Yefremov yenə azərbaycanlı vəkili seçdi

Ölümcül qəza törətməkdə təqsirləndirilən Rusiyanın Əməkdar artisti Mixail Yefremov “yeni” vəkilinin kimliyini müəyyənləşdirib.

Bu barədə “LifeShot” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, o yenidən seçimini azərbaycanlı köhnə vəkili Elman Paşayevdən yana edib.

Hüquq müdafiəçisinin özü bu məlumatı təsdiqləyib. Tərəflər yeni müqavilə imzalayıblar.

Ölümcül qəza ilə bağlı növbəti məhkəmə iclası avqustun 31-nə təyin olunub.

Qeyd edək ki, Mixail Yefremov bir neçə gün öncə məhkəmə iclası zamanı vəkilləri – azərbaycanlı Elman Paşayevdən və Yelizaveta Şarqorodskayadan imtina etmişdi:

“Qoy, onlar məsləhətçi olaraq qalsınlar, mənim müdafiəmi isə kimsə başqası həyata keçirsin”.

Xatırladaq ki, M.Yefremov iyunun 8-də Moskvanın mərkəzində qəza törədib. Onun maşını qarşıdakı zolağa çıxıb və mikroavtobusa çırpılıb. Sürücü Sergey Zaxarov qan itkisi səbəbindən xəstəxanada ölüb. Sənətçinin özü xəsarət almayıb.

Daha çox xəbərlər