Sosial 

Piylənmə beyinin strukturuna zərər verir

Niderlandın Leyden Universitetinin alimləri aşkar ediblər ki, piylənmə insan beyninin strukturuna mənfi təsir edir.

Tədqiqatlar zamanı minlərlə insanın üzərində aparılan təcrübələr göstərib ki, artıq çəkili insanların beynində baş beyinin vacib strukturu üçün yerin həcmi az olur. Beyində boz maddənin azlığı da onu göstərib ki, artıq çəki sinir hüceyrələrinin itirilməsinə səbəb olur. Həmin boz maddənin azlığı həm də piylənmədən əziyyət çəkən insanlarda bədən çəkisinə nəzarəti çətinləşdirir.

“Maraqlısı isə odur ki, bu effekt qadın və kişilərdə fərqlənir. Bu onu deməyə əsas verir ki, cinsiyyət piyin həcmi ilə beyinin müəyyən strukturlarının ölçüsü arasında əlaqədə başlıca modifikator rolunu oynayır”,-deyə həkim İlona Dekkers bildirib.

Nubar Süleymanova, “İki sahil”

Daha çox xəbərlər