Azərbaycanda faciəvi şəkildə ölən şirkət əməkdaşının FOTOLARI – TƏFƏRRÜAT
Ağcabədidə yol tikinti şirkətinin əməkdaşının öldüyü hadiasənin təfərrüatları məlum olub.
ARANTV.AZ xəbər verir ki, elektrik cərəyanı vurması nəticəsində vəfat edən Çələbiyev Orxan Fətulla oğlu Ağdaş rayonunun Nehrəxələli kənd sakini olub. O, uzun müddət imiş ki, Azərbaycanda fəaliyyət göstərən Türkiyənin “Polat yol yapı” şirkətində çalışırmış. Bədbəxt hadisə isə ehtiyatsızlıqdan baş verib. Belə ki, Ağcabədi-Zərdab yolunun tikintisi ilə əlaqədar Taxtakörpü qəsəbəsi yaxınlığındakı əraziyə gələn O.Çələbiyev aliminuimdan hazırlanmış və açılıb bağlanan aləti götürdüyü zaman 5 metrlik qurğu yuxarıdan keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə gənc şirkət işçisini cərəyan vurub və o, hadisə yerindəcə ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Bədbəxt hadisə nəticəsində vəfat edən O.Çələbiyevin fotolarını təqdim edirik.
*****
10:22
Ağcabədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
ARANTV.AZ xəbər verir ki, rayonun Taxtakörpü qəsəbəsində Türkiyənin “Polat Alt Yapı” yol tikintisi şirkətinin əməkdaşı Çələbiyev Orxan Fətulla oğlu elektrik vurması nəticəsində ölüb. Belə ki, Ağcabədi-Zərdab yolunun tikintisi ilə əlaqədar torpaq ölçmə işləri zamanı O.Çələbiyev elektrik naqilinə toxunub. O, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.



