Hadisə 

Külək Xızıdakı yanğının söndürülməsinə mane olur – YENİLƏNİB + VİDEO

Xızıda dağlıq ərazidə baş verən yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, ərazidə quru ot və kol-kos yanır.

Yanğının meşəyə keçmə təhlükəsi yarandığından, Nazirliyinin Aviasiya dəstəsinin iki ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ounub.

Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli yüksək dağ massivində olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

14:19

Xızıda dağlıq ərazidə yanğın başlayıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarabulaq və Dizəvər kəndlərinin ərazisinndə baş verib.

Qısa zamanda yanğın geniş əraziyə yayılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki helikopteri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daha çox xəbərlər