Türkiyə ordusunun hərbçisi antiterror əməliyyatı zamanı həlak olub
Türkiyənin Ağrı vilayətində antiterror əməliyyatı zamanı türk hərbi qulluqçusu həlak olub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hərbiçi terrorçuların mağarasında tapılan ilk zəruri əşyaları məhv edərkən şrapnel parçasının dəyməsi nəticəsində yaralanıb.
İlkin tibbi yardım göstərildikdən sonra o helikopterlə Ağra vilayətinin Tədris və Araşdırma Xəstəxanasına aparıldı.
Hərbçinin vəziyyəti ağır olduğuna görə Atatürk Universitetinin tədqiqat xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

