Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb – FOTO
Kürdəmir rayonunda fərdi yaşayış evlərinin birindən oğurluq edən şəxslər yaxalanıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri, əvvəllər məhkum olunan – Ramil Məmmədov və Raqif Məmmədov saxlanılıblar.
Araşdırmalarla onların bir ədəd televizor, spirtli içkilər və müxtəlif bijuteriya əşyaları oğurlamaqla şikayətçiyə 1500 manat məbləğində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.

