Sevdanın nigah mərasiminin görüntüsü yayıldı – VİDEO
Müğənni Sevda Yəhyayevanın ixtisasca həkim olan Zakir Bayramovla nigah mərasiminin videosu sosial şəbəkədə paylaşılıb.
Sənətçinin həyat yoldaşı Zakir Bayramovla olan videosuna qısa zamanda 17 min baxış və çoxsaylı təbrik dolu şərhlər gəlib. Paylaşımda nigah mərasimi ilə yanaşı, cütlüyün fotosessiyası da nümayiş olunub. Videoçarxda sənətçinin həyat yoldaşının da çox sevdiyi “Sevgi etirafı” adlı mahnısından istifadə olunub. Müğənnin “make-up”nı isə tanınmış stilist Elnur Həsənov edib.
Sözügedən videoçarxı təqdim edirik:

