Hadisə 

Ağdaşda narkotik vasitə becərən Bakı sakini saxlanıldı – FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yaşadığı ünvanda çətənə kolları becərən Bakı şəhər sakini Mehman Soltanov şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan hündürlükləri 3-4 metr, ümumi çəkisi 45 kiloqram olan 12 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək, maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.

Daha çox xəbərlər