Cəmiyyət 

“ASAN xidmət” mərkəzlərinin sayı artırılır

ARANTV.AZ xəbər verir ki, Azərbaycanın sosial və humanitar sahədə mühüm təşəbbüsü kimi qısa müddətdə brendə çevrilən “ASAN xidmət” mərkəzlərinin sayı artırılır. Bu il mərkəzlərin sayının 15-ə çatdırılması nəzərdə tutulur. Onlardan 5-i Bakıda, 10-u isə bölgələrdə fəaliyyət göstərəcək. Hazırda “ASAN xidmət” mərkəzlərində 300-dən çox xidmət göstərilir. İndiyədək mərkəzlər və səyyar xidmət üzrə müraciətlərin sayı 24 milyon 853 mindən çox olub. Vətəndaş məmnunluğu isə 100 faizə yaxındır.

Daha çox xəbərlər